İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev oktyabrın 27-də Ağsu şəhərində Göyçay, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, vətəndaşların qəbulu saat 11-dən etibarən Ağsu Şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində (M.Ə.Rəsulzadə küçəsi, 252) keçiriləcək.
Qəbula [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar, "195-2" Telefon Məlumat Mərkəzi vasitəsilə yazılmaq olar. Vətəndaşlar qəbula yazılmaq üçün nazirliyin Dağlıq Şirvan regional bölməsinə (Şamaxı şəhəri, H.Əliyev küçəsi, 23; əlaqə telefonu: (02026) 5-10-25, (050) 395-02-56, elektron poçt ünvanı:[email protected]) də müraciət edə bilərlər.
Bununla yanaşı, nazirliyin internet və facebook səhifələrində "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB