Zakir Qaralov Tərtərdə vətəndaşları qəbul edəcək

Zakir Qaralov Tərtərdə vətəndaşları qəbul edəcək

Baş prokuror Zakir Qaralov cari il oktyabrın 31-də saat 11:00-da Tərtər rayon prokurorluğunun inzibati binasında Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, İmişli, Füzuli və Laçın rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. SİA-nın xəbərinə görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Tərtər şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə