"Müsabiqələr peşəkar jurnalist yaradıcılığını daha da stimullaşdırır" Açıqlama
"KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Dövlət başçısının siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycanda bu gün medianın inkişafı üçün hər cür şərait yaradılıb". Bunu SİA-ya açıqlamasında "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, həm Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun, həm də müvafiq dövlət qurumları ilə birgə keçirilən yazı müsabiqələri jurnalistlərin peşəkarlığını artırmaq üçün ən uğurlu layihələrdən biridir: "Ümumilikdə götürsək fərdi yazı müsabiqələrinin keçirilməsi tək jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması deyil, eləcə də peşəkarlığın artırılmasına xidmət etmiş olur. Bu, həm də yaradıcılıq mübarizəsi yolunda uğurlu addımlardan biridir. Jurnalistlərin müsabiqəyə təqdim etdikləri 50-ə yaxın yazıları peşəkar ekspertlər nəzərdən keçirir və ən keyfiyyətli yazını seçirlər. I yeri tutmayanlar isə gələcəkdə ilk sıralarda olmaq üçün daha sağlam rəqabət aparmaq əzminə yiyələnirlər. Bir sözlə, yazı müsabiqələrinin keçirilməsi peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq məqsədi daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB