Bu gün Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn və İnsan resurslarının idarə edilməsi sektorunun aparıcı məsləhətçisi Kamil Baxşəliyev Azərbaycan Texniki Universitetində bu tədris ilində məzun olacaq bakalavr və magistrlarla görüşüblər. SİA-nın xəbərinə görə, görüşün keçirilməsində məqsəd tələbələri dövlət qulluğuna qəbul qaydaları ilə tanış etmək, dövlət qulluğuna qəbulun şəffaf və obyektiv keçirilməsi ilə bağlı məlumatlandırmaq olub.
Tədbiri giriş sözü ilə açan Texniki Universitetinin tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov dövlətin gənclərə göstərdiyi diqqət və qayğısından danışıb.
Sonra Komissiyanın əməkdaşları görüş iştirakçılarına Komissiyanın məqsəd və funksiyaları, fəaliyyəti və qarşısında duran vəzifələri, son illər dövlət qulluğu sahəsində aparılan islahatlar, dövlət qulluğuna qəbulla bağlı tətbiq olunan yeniliklər və dövlət qulluğunun üstünlükləri barədə məlumat vermiş, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında keçirilməsi şərtlərini və indiyə kimi keçirilən müsabiqələrin statistik göstəricilərini özündə əks etdirən təqdimatlarla çıxış ediblər.
Görüşün sonunda Komissiyanın əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, digər ali məktəblərdə də görüşlərin keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB