Ay əqrəb bürcündə olanda evlənmək olmaz

Ay əqrəb bürcündə olanda evlənmək olmaz

"Cəmiyyətdə hər hansı hadisə baş verəndə ona müxtəlif yanaşma mövcud olur". Bunu SİA-ya astroloq Səbuhi Rəhimli söyləyib. O bildirib ki, iki astronomik tutulma arasında olanda əsasən insanlarda gərginlik halları baş verir: "Bilirsiniz ki, oktyabrın 8-də tam ay tutulması oldu. Onu deyim ki, 8-24 oktyabr tarixində hər il belə gərgin hadisələr daha çox olur. İnsanlarda həssaslıq, emosionallıq artır. Döyüş gedən yerlərdə də ciddi itkilər olur. Xüsusilə də bu hal qadınlarda müşahidə olunur. Həmçinin dünəndən tərəzi bürcü yerini əqrəb bürcünə verib. Əqrəb bürcü də aqressiyanı tərənnüm edir. Hətta dinimizdə də deyilir ki, ay əqrəb bürcündə olanda evlənmək olmaz. Bu da əqrəb bürcünün kriminallığı ilə əlaqədardır. Nəzərə alınmalıdır ki, Azərbaycanın özü də əqrəb bürcü altında yerləşir. Bu tutulmanın təsiri 4-5 günə keçəcək. Bir çox münaqişələr də, məhz əqrəb bürcü zamanı baş vermişdi. Qədim zamanlardan da göstərilir ki, iki tutulma arasında olan zaman kəsiyində belə hadisələr artır. Düşünürəm ki, noyabrın 1-nə qədər ay tutulmasının verdiyi fəsadlar xeyli səngiyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə