Sənaye ili - 2014-cü il çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Gənclər Təşkilatı (ADİU TGT) "Sənaye və tələbə" adlı yeni irimiqyaslı layihəyə start verir. SİA-nın məlumatına görə, layihə çərçivəsində ADİU-nun 12 fakültəsindən hər biri 5 nəfərdən ibarət komandalar onlara təqdim olunacaq Azərbaycan Respublikasının müxtəlifyönümlü sənaye sahələrini araşdıracaq və geniş təqdimat hazırlayacaqlar. Daha sonra komandalar verilmiş sahələrdə mövcud problemlərin həlləri istiqamətində öz layihələrini təklif edəcəklər. "Sənaye və tələbə" layihəsinin gedişatı ərzində komandaların böyük sənaye obyektlərinə, zavod və fabriklərə ekskursiyalarının təşkil olunması da nəzərdə tutulub.
"Sənaye və tələbə" layihəsində iştirak etmək istəyənlər verilmiş keçidə (https://docs.google.com/forms/d/1lNEnKyDLvRUl3z1m7TAlrt4zGvCHTRZEuSY772468EM/viewform?usp=send_form) daxil olub, orada yerləşdirilmiş CV formasını dolduraraq layihəyə qoşula bilərlər.
Qeyd edirik ki, sonda layihə iştirakçılarına diplom və sertifikatlar təqdim ediləcək, münsiflər heyətinin qərarına əsasən qalib olan komandaya isə 500 AZN pul mükafatı veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB