Ottavada hərbçinin öldürülməsində və parlament binasına silahlı basqında iştirak edən cinayətkarın mümkün ortaqlarının axtarışı davam edir.
Euronews telekanalı xəbər verir ki, hadisə zamanı parlament binasında olan Kanadanın Baş naziri Stiven Harper deyib: "Kanadanı qorxutmaq mümkün deyil. Əksinə, bu bizim qətiyyətimizi daha da artıracaq, təhlükəni qabaqlamaqdan ötrü mümkün olan addımları atacağıq. Eyni zamanda biz bütün dünyadakı müttəfiqlərimizlə digər ölkələrdə özlərini vəhşi kimi aparan və öz vəhşiliklərini bizim sahillərə də gətirməyə çalışan terror təşkilatları ilə mübarizə sahəsində əməkdaşlıq üçün səylərimizi ikiqat artıracağıq".
Qeyd edək ki, naməlum şəxs Birinci dünya müharibəsində həlak olmuş kanadalı əsgərlərin xatirəsinə ucaldılmış abidə qarşısındakı fəxri qarovula atəş açıb. Nəticədə kapral Natan Serillo sinəsindən aldığı güllə yarası nəticəsində həlak olub.
Daha bir silahlı basqın isə parlament binasına edilib. Bu zaman hücum edən şəxs parlamentin mühafizə xidməti tərəfindən öldürülüb. Hər iki hücumun eyni şəxs tərəfindən törədildiyi ehtimal edilsə də, polis hələlik bunu rəsmi şəkildə təsdiqləməyib.
Kanada KİV-lərinin məlumatına görə, hadisəni törədərkən öldürülən cani islam dinini qəbul etmiş Kanada vətəndaşı Maykl Zehaf Bibodur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB