"Azneft" İstehsalat Birliyində "Gənc mütəxəssislərin professionallığının sürətli inkişafı Proqramı"nda fərqlənmiş gənc neftçilərlə görüş keçirilib. ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, tədbirdə son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasətin ölkəmizə qazandırdığı uğurlardan danışılıb. Bu nailiyyətlərdə Dövlət Neft Şirkətinin rolundan bəhs olunub. Bildirilib ki, gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində, gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi ilə Şirkətdə mühüm layihələr həyata keçirilir. Kadr resurslarının gəncləşdirilməsinin "Azneft" İstehsalat Birliyində prioritet məsələlərdən olduğu qeyd edilib. Bu istiqamətdə Birliyin idarə və müəssisələrində əmək məhsuldarlığının artırılması, rəqabətədavamlı peşəkar kadrların eytiyat bazasının formalaşdırılması məqsədilə yerlərdə maarifləndirmə proqramlarının, nəzəri və praktiki təlimlərin təşkil edilməsi kimi tədbirlər uğurla davam etdirildiyi vurğulanıb. Birlikdə çalışan gənc kadrların bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün 2013-cü ilin noyabr ayından etibarən "Gənc mütəxəssislərin sürətli inkişaf proqramı"nın tətbiqinə başlanıldığı qeyd edilib. Proqram çərçivəsində gənc mütəxəssislər Birlik daxilində rotasiya edilib, onların öyrəndikləri yoxlanılıb, çatışmazlıqların aradan qaldırılması məqsədi ilə yeni təlim planları hazırlanıb. Görüşdə proqramın icrası müzakirə edilib, proqramın I, II və III mərhələrinin nəticələri barədə iştirakçılara məlumat verilib, gənclərin təklif və fikirləri dinlənilib. Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nümayəndələri bu sahədə əldə edilən nailiyyətlər barədə məlumat verilib. Sonda Birliyin aparıcı mütəxəsssisləri gənclərə öz tövsiyyələrini bildirərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB