İnternat və uşaq evlərinə baxış keçirilib

İnternat və uşaq evlərinə baxış keçirilib

Avropa Komissiyasının dəstəyi ilə BMT-nin Uşaq Fondu (YUNİSEF) və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən imzalanmış birgə iş planına əsasən, ölkənin Cəlilabad, Gəncə, Şəki və Quba regionlarında "Yuvenal ədliyyə aspektində uşaq hüquqlarının müdafiəsi: beynəlxalq və milli standartlar" mövzusunda təlimlər keçirilib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, sözügedən təlimlərdə ümumilikdə 86 nəfər, o cümlədən prokurorluq orqanlarının 24, polis orqanlarının 50, habelə Ombudsmanın regional mərkəzlərinin 12 əməkdaşı iştirak edib. Təlimlər uşaq hüquqları üzrə ekspert və Ombudsmanın əməkdaşları tərəfindən aparılıb.

Təlimlərlə yanaşı, Daxili İşlər Nazirliyinin 20 rayon polis şöbəsi üzrə Müvəqqəti Saxlama Yerlərinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, 2 saylı İstintaq Təcridxanasına, Şəki Penitensiar Kompleksinə, Uşaq Tərbiyə Müəssisəsinə, Təhsil Nazirliyinin Quba Xüsusi Peşə Məktəbinə, Quba şəhər valideyn himayəsindən məhrum olmuş uşaqların internat evinə, Lənkəran və Lerik şəhərlərində yerləşən internat məktəblərinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əqli qüsurlu uşaqlar üçün 3 və 7 saylı internat evlərinə, Bakı Şəhər İcra hakimiyyətinin 1, 2, 3 saylı uşaq evlərinə və Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Uşaq evinə baxış keçirilmiş və orada saxlanılan uşaqlarla bağlı vəziyyət qiymətləndirilib.

Ombudsman başçəkmələrin nəticəsi ilə bağlı aidiyyəti qurumlara müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə