"Biz açıq şəkildə çağırış edirik. İsrafçılığa yol verməyin! Bunu deyəndə dinimizə söykənirik". SİA-nın xəbərinə görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, dövlət heç kimi yas mərasimini bu və ya digər formada keçirməyə məcbur edə bilməz: "Söhbət yalnız israfçılığın qarşısının alınmasından gedə bilər. Biz də bu vaxta kimi Dövlət Komitəsi olaraq Qqafqaz Müsəlmanları İdarəsinin dediklərindən fərqli heç nə deməmişik. Deyilənlər tövsiyə xarakteri daşıyıb. Tövsiyələri isə insanlara izah etmək lazımdır. Yas məclislərində açılan süfrələrə dövlət müdaxilə etmir. Bizin bununla bağlı kiminsə işinə müdaxilə etmək fikrimiz yoxdur. Qanun nə deyirsə, biz onunla məşğuluq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB