Dağlıq Qarabağ məsələsi beynəlxalq tribunada

Dağlıq Qarabağ məsələsi beynəlxalq tribunada

"Prezident təqaüdçüsü" Gənclər Birliyi təşəbbüs qrupunun rəhbəri Təbriz Rauf oğlu 27 oktyabr – 1 noyabr tarixi aralığında Tailand Krallığının paytaxtı Banqkok şəhərində Beynəlxalq Gənc Liderlərin 5-ci Assambleyasında ölkəmizi təmsil edəcək. Təbriz Rauf oğlu SİA-ya verdiyi açıqlamasında bildirib ki, əsas müzakirə panellərindən biri də məhz beynəlxalq sülhün təmini və konfliktlərin həlli olan Assambleyada Dağlıq Qarabağ münaqişəsi və bu münaqişədə Azərbaycanın beynəlxalq hüquq normaları ilə qorunan mənafelərini və ərazi bötövlüyünü ifadə edən məruzə ilə çıxış edəcək.

"Gənc Liderlərin 5-ci Beynəlxalq Assambleyası BMT-nin UNESCAP, UNESCO kimi struktur komitələri tərəfindən dəstəklənən və bilavasitə həmin qurumların partnyoruluğu ilə təşkil edilən oldquca mühüm konfransdır. Layihədə, həmçinin, mərkəzi ofisi Vaşinqtonda yerləşən Qlobal Sülh Fondu və Qlobal Gənc Liderlər Akademiyasının da tərəfdaşlığı mövcuddur. Hesab edirəm ki, 35 ölkəni təmsil edəcək, iştirakçılarının toplam sayı 250 nəfərdən çox olan belə bir beynəlxalq tribunadan Dağlıq Qarabağ münaqişəsinin və bu münaqişə aspektində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması olduqca mühüm əhəmiyyətə malikdir. Bütün səylərimizi səfərbər edəcəyik ki, ölkəmizi ən yüksək səviyyədə təmsil edək", – deyə T.Raufoğlu fikirlərini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə