Quba şəhərində "Alma bayramı"na həsr edilmiş tədbir keçirilib. Bayram tədbirində kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Milli Məclisin deputatları, mərkəzi icra hakimiyyəti orqanlarının məsul işçiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, qonşu rayonların icra hakimiyyəti başçıları, idarə rəhbərləri, bölgə fermerləri, eləcə də rayon ictimaiyyəti iştirak edib. Ümumilikdə tədbirdə 30-dan çox xarici ölkədən 100 nəfər nümayəndə iştirak edib. Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbirin keçirildiyi Quba rayonu H.Əliyev adına parkda milli adət-ənənələrimizi əks etdirən kompozisiyalar qurulub. Tədbirdə Quba rayonunda yetişdirilən müxtəlif növ yerli və xarici alma sortları və digər meyvə sortları nümayiş etdirilib. Bayram iştirakçılarına milli mətbəximizin təamlarını dadıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB