"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Bələdiyyə seçkiləri və gənclər arasında seçki fəallığı" layihəsi çərçivəsində ilk tədbirini oktyabrın 22-də Qazax rayonunda təşkil edib.
Birlikdən bildiriblər ki, TUMİB-in sədri Çingiz Bayramov son illər gənclərin ölkənin ictimai-siyasi həyatında fəallığının artdığını bildirib. Qeyd olunub ki, layihənin məqsədi gənclərimizi bələdiyyə seçkilərində fəal iştiraka təşviq etməkdir. Dövlət yerli özünüidarəetmə orqanlarının cəmiyyətin həyatındakı rolunun artırılmasında maraqlıdır.
Digər çıxış edənlər layihənin əhəmiyyətindən, dövlət tərəfindən gənclərə göstərilən qayğıdan və seçkilərdə onların fəallığının vacibliyindən danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB