Milli Şuranın son mitinqində AXCP sədri Əli Kərimli milli satqınları xarici təşkilatların ödülləndirməsi ilə bağlı maraqlı bir ipucu verdi. Filankəsə Vaslav Havel mükafatı, behmənkəsə filan təşkilatın təşəkkürnaməsi və s. Düşündük ki, Əli Kərimlinin bu atmacası araşdırılsa, daha kimlərin hansı təşkilatlar tərəfindən mükafatlandırılması ictimaiyyətə açıqlansa yaxşı olar. Kimin kim olduğu, hansı "xidmətlərinə" görə bu şərəfə mindirilməsi cəmiyyətə çatdırılsa ən azından dostumuzun, düşmənimizin kim olduğunu öyrənə bilərik.
...Araşdırmalara başladıq. Məlum oldu ki, mitinqdə Əli Kərimlinin sadaladıqları "jurnal" imiş. Özlərini "azad media təmsilçiləri", "insan haqlarının müdafiəçisi" və s. kimi titullu adlar vermiş bəzi anti-milli ünsürlər fəaliyyəti bizim maraqlarımıza qətiyyən cavab verməyən bəzi beynəlxalq təşkilatlardan müxtəlif adlar, pul vəsaitləri alıblar. Dər orasıdır ki, Əli Kərimli adlarını xüsusi pafosla çəkdiyi həmin təşkilatların arxasında erməni maliyyəsinin dayandığını da bilir. Amma "susmaq qızıldır" taktikasını işə salır.
Araşdırmalardan o da məlum oldu ki, Leyla Yunusun indiyədək göstərdiyi "xidmətlər" hər kəsin diqqətindən yayınsa da, erməni aşnalarının gözündən yayınmayıb. "Hüquq müdafiəçisinin" hər bir sözünü, fikirlərini, xarici ölkələrdə çıxışlarını, Ermənistanda keçirdiyi görüşlərdə apardığı anti-Azərbaycan təbliğatını erməni xüsusi xidmət orqanları xüsusi fondlara çatdırıblar. Həmin fondlardan biri də erməni Yelena Bonner-Əlixanyanın 2011-ci ilə qədər rəhbəri olduğu "Saxarov Fondu"dur. Təsadüfi deyil ki, bu gün məhz "Saxarov Fondu"nun təsis etdiyi "insan haqları uğrunda mükafat" erməni təəssübkeşi kimi tanınan Leyla Yunusa verilməsi nəzərdə tutulub.
Faktın digər maraqlı tərəfi isə Leyla Yunusun namizədliyinin kim tərəfindən verilməsidir. Əldə etdiyimiz məlumata görə, Ermənistanın "Hayastan" Fondu Leyla Yunusu "erməni həqiqətlərini beynəlxalq təşkilatlarda obyektiv təbliğ etdiyinə" görə bu mükafata namizəd göstərib. Amma Leyla Yunusu dəstəkləyən erməni təşkilatları təkcə "Hayastan" Fondu ilə bitmir. Lragir.am saytının məlumatına görə Ermənistanın bir neçə qeyri-hökumət təşkilatı, ən başlıcası isə mərkəzi ABŞ-ın Kaliforniya ştatında yerləşən Amerika Erməniləri Milli Komitəsi L.Yunusun "Saxarov Fondu"nun mükafatına layiq görülməsinə çalışır.
Düzdür, Ermənistan Elmlər Akademiyasının idarə heyəti mükafata daha çox Əkrəm Əylislinin layiq olduğunu düşünür. Ermənistan cəmiyyəti isə "tarixi ədalətsizliyi bərpa edən" Əkrəm Əylislinin yox, insan haqlarını (oxu: erməni haqlarını) "qoruyan" Leyla Yunusun mükafat almasını daha çox istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB