Bakı şəhəri Bakıxanov və Rəşid Behbudov küçələrinin kəsişməsində 500 mm diametrli magistral su xətti üzərində su sərfölçəninin quraşdırılması ilə əlaqədar sabah Ruhulla Axundov, Füzuli, 28 may, Dilarə Əliyeva və Rəşid Behbudov küçələrinə içməli su gün ərzində məhdudiyyətlə veriləcək. "Azərsu" ASC-dən SİA-ya verilən xəbərə görə, yaranacaq narahatlıqla əlaqədar qurum abunəçilərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB