"Xalqımızın kifayət qədər potensialı var. Ölkə rəhbərliyinin dəstəyi ilə bu gün gənclərimizə böyük etibar yaranıb və onlarla birliktə uğurlu işlər görülür. Suveren ölkə olaraq Azərbaycanda idarə prosesi Heydər Əliyevin seçilməsindən sonra fərqli yola qədəm qoyub. O, Azərbaycanın xilaskarı olub". Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Bilik Fondunda çıxışı zamanı deyib. O, günümüzdə Azərbaycanda həyata keçirilən uğurlu seçki prosesinin təməlində 1990-cı illərdə vətəndaş müharibəsinin astanasından xilas edən Ümumilli liderin olduğunu ifadə edib: "Ulu Öndər Vətəndaş müharibəsi olmadan xalqı birləşdirə bilib. Bunun sayəsindədir ki, ictimai –siyasi sabitlik hökm sürən ölkəmizdə seçkilər uğurla həyata keçirilir. 1993-cü illərdə həyata keçirilən siyasət bugünkü stabilliyə gətirib çıxardıb. Azərbaycanın Seçki Məcəlləsi çox mükəmməl qurulub".
Məzahir Pənahov Azərbaycanın beynəlxalq qurumlarla seçki sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq, seçkilərlə bağlı fikirlərin yüksək olduğunu ifadə edib: "Beynəlxalq qurumlarla əlaqələri bu gün uğurla davam etdiririk. Konfransların çıxışlarında bizimlə bağlı fikirlər yüksəkdir. Azərbaycanda demokratik seçkilərin həyata keçirilməsi ölkə rəhbərliyinin əsas addımı olub. Seçkiyə ölkəmizdə baxış artıq dəyişib. Azərbaycanda bir çox sahələrdə olduğu kimi, seçki sahəsində də inkişaf görülməkdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB