2014-cü ilin 23-25 oktyabr tarixlərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) İnformasiya texnologiyaları departamentinin direktoru Samir Quliyev və təşkilatın fəalı Habil Quliyev MDB ölkələrinin Parlamentlərarası Gənclər Forumunda iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcəklər. SİA-nın məlumatına görə, Azərbaycan daxil olmaqla, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna və Ermənistan gənclər nümayəndələrinin iştirak edəcəyi beynəlxalq tədbirdə tərəflər vətəndaş cəmiyyətində gənclərin rolunun artırlması, gənclərin təşəbbüslərinin dəstəklənməsi və gənclər mübadiləsi mövzularını müzakirə edəcəklər.
Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (AzGF), Gənclər və İdman Nazirliyinin və digər QHT-lərin nümayəndələri də iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB