"Əsrin müqaviləsi" böyük neft sazişinin imzalanmasının 20 illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) gənc alimləri arasında elan olunan müsabiqənin nəticələri məlum olub. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə keçirilən müsabiqə neft-qaz və neft-kimya sahəsində fundamental, həmçinin tətbiqi tədqiqatlarda fəal olan gənc alimlərin elmi araşdırmalarını stimullaşdırmaq, onlara geniş imkanlar yaratmaq məqsədi daşıyır.
AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə yaradılmış komissiyaya 27 gənc alim elmi nəticələrini təqdim edib. Komissiya gənc tədqiqatçıların nailiyyətlərini ekspertizadan keçirərək qiymətləndirib. Sonda 19 nəfər 3 kateqoriya üzrə mükafata layiq görülüb.
Qeyd edək ki, 1-ci yer 3000, 2-ci yer 2000, 3-cü yerin mükafatı isə 1000 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB