Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) Silahlı Qüvvələrimizin təməl daşını qoyan 701 saylı briqadanın döyüş yoluna həsr edilmiş "Biz Vətən üçün doğulmuşuq" mövzusunda tədbir çərçivəsində veteran döyüşçülərlə görüş keçirilib. ADNA-dan bildiriblər ki, görüşdə çıxış edən veteran döyüşçülər ölkəmizin müharibə şəraitində yaşadığını qeyd edərək, bu tədbirin akademiyanın tələbələrində vətənpərvərlik hissini daha da artıracağına əminliklərini ifadə ediblər.
Zabitlərin Vətən, torpaq, ərazi bütövlüyümüz, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda öz canını qurban verən şəhidlər haqqındakı söhbətləri tələbə gənclər tərəfindən böyük maraqla qarşılanıb. ADNA-nın tələbə gəncləri Vətən uğrunda döyüşmüş və bu gün də Ali Baş Komandanın döyüş əmrini gözləyən zabitlərin söhbətlərindən mənəvi qida alıblar.
Sonda tələbələr zabitlərlə xatirə şəkilləri çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB