Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şirvanda Şirvan şəhəri ilə yanaşı, Hacıqabul, Sabirabad, Saatlı, Salyan, Neftçala rayonlarının sakinlərini qəbul edib.
Qəbul zamanı əsasən adı çəkilən rayonların axundları, din xadimləri, dini icmaların rəhbərləri və digər sakinlər komitə sədrinə müxtəlif məzmunlarda müraciətlər edib.
Müraciətlərdə əsasən dini icmaların qeydiyyatı, yas mərasimlərinin keçirilməsi qaydaları, məscidlərin təchizatı və təminatı kimi suallar yer alıb. Bəzi müraciətlər yerində öz həllini tapıb. Bəzilərinin həll olunması üçün göstərişlər verildi. Komitə sədri müraciətlərin bəzilərinə tövsiyyə xarakterli cavablar verib.
Mübariz Qurbanlı qeyd edib ki, yas mərasimlərinin keçirilməsinin sadələşdirilmiş forması və həddindən artıq israfçılığa, eyni zamanda məzarlıqların dəbdəbəli salınmasının din tərəfindən də yolverilməz olduğu bildirilir: "Biz də sadəcə insanlara bunların yolverilməz olduğunu xatırladaraq onlara tövsiyə edirik ki, yas mərasimləri zamanı israfçılığa və ifrata varmaq olmaz. Yas mərasimləri istisna olmaqla digər dini bayram və mərasimlərdə xeyriyyə tədbirlərinin keçirilməsinə isə heç bir məhdudiyyət qoyulmur".
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB