Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək

Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək

Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu ilin dekabr ayının 23-də keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar verilib. Bundan əlavə, iclasda "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı" təsdiq edilib.

İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov qeyd edib ki, ötən bələdiyyə seçkiləri dekabr ayının 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır.

M.Pənahov bu il də bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub. Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Qeyd olunub ki, bələdiyyə seçkiləri üçün seçki bülletenlərinin hazırlanması dekabrın 13-ə qədər həyata keçiriləcək. 2015-ci il yanvar ayının 17-ə qədər isə bələdiyyə seçkilərinin nəticələrinin elan edilməsi başa çatmalıdır. Bələdiyyə seçkilərində təşviqat kampaniyası seçkilərə 23 gün qalmış başlayacaq.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə