Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 24 oktyabr 2014-cü il tarixində Biləsuvar şəhərində növbəti vətəndaş qəbulu keçirəcək. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda Biləsuvar, Cəlilabad, Masallı və Yardımlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Biləsuvar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi:
(02524) 5 10 80, (02529) 5 15 01, (02521) 5 22 63
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB