Dövlət Müstəqilliyi günü Almaniyada qeyd edilib FOTOLAR

Almaniyanın Bielefeld şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 23-cü ildönümünə həsr olunmuş bayram tədbiri təşkil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, Bad-Salzuflen şəhərindəki "Gelbe Şule" mədəniyyət evində keçirilmiş tədbirdə Azərbaycan və türk diaspor təşkilatlarınınn rəhbərləri, Almaniyada yaşayan həmyerlilərimiz, azərbaycanlı tələbələr və digər türk xalqlarının nümayəndələri iştirak edib. Cəmiyyətin sədr müavini Kəmalə Tağıyeva iştirakçıları salamladıqdan sonra Azərbaycanın dövlət himni səsləndirlib. Daha sonra təşkilatın üzvü Faiq Məmmədov XX əsrin əvvələrində və sonlarında Azərbaycanın müstəqillik mübarizəsi, baş vermiş faciələr haqqında geniş çıxış edib. Bielefeld Atatürkcü Düşüncə Dərnəyinin sədri Mehmet Ali Ölmez isə iştirakçıları "Bir millət iki dövlət" kəlamı ilə salamlayaraq həmyerlilərimizi Azərbaycanın Dövlət Müsteqilliyi günü münsibətilə təbrik edib. Tədbirdə iştirak edən digər təşkilat rəhbələri o cümlədən, Avropalı Türk Demokratlar Birliyinin ("UETD") Bielefeld şəhəri üzrə rəhbəri Şenol Sayılı da çıxış edərək Azərbaycan xalqına və ölkə rəhbərliyinə təbriklərini çatdırıb. Almaniyanın müxtəlif bölgələrindən gəlmiş qonaqlar, xüsusilə gənclər bayram tədbirinə xüsusi ovqat qatıblar. Onlar Azərbaycan musiqiləri səsləndirərək, zalda Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırıblar. Sonda Bielefeld şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva soydaşlarımızı Dövlət Müstəqilliyi günü münasibətilə təbrik edərək, tədbirin baş tutması üçün öz dəstəyini əsirgəməyəm insanlara və təşkilat rəhbərlərinə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə