Nazim İsmayılov “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu haqda sərəncam imzalayıb
Nazim İsmayılov “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nazim İsmayılovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb:

"Azərbaycan Respublikasında ərazilərin minalardan təmizlənməsi işinin təşkilində xidmətlərinə görə Nazim Ələkbər oğlu İsmayılov "Şöhrət" ordeni ilə təltif edilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə