Qambiya rəsmisi: “Qadın inkişaf etmiş gələcək deməkdir”

Qambiya rəsmisi: “Qadın inkişaf etmiş gələcək deməkdir”

"Bakıda təşkil olunan İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Qadın məsələləri üzrə məsul Nazirlərin V Konfransında aparılan müzakirələr bütün müsəlman qadınları üçün böyük əhəmiyyətə malikdir". Bu sözləri SİA-ya Qambiyanın Prezident Administrasiyasında əsas siyasət Analitiki Rohie Bittaye Dorbec konfransla bağlı fikirlərini bildirərkən deyib.

"Qadınlarla bağlı problem həm də xalqların problemidir. Çünki, qadınlar cəmiyyətin bir hissəsini təşkil edir. Onların problemlərinin həlli, ümumi xalqların problemlərinin həlli, ümumilikdə götürsək isə inkişaf etmiş qadın inkişaf etmiş gələcək deməkdir. Ona görə ki, qadınlar uşaqların tərbiyəçisi, uşaqlar isə bizim gələcəyimizdir "- deyə, Rohie Bittaye Dorbec qeyd edib.

O həmçinin vurğulayıb ki, inkişaf etmiş qadın inkişaf etmiş xalq, cəmiyyət deməkdir: "Əgər qadınlara inkişaf etmələri üçün şərait yaradılarsa, bu, bütün ölkənin inkişafına gətirib çıxara bilər. Hazırki vəziyyəti bir neçə il bundan qabaqla müqayisə etsək müəyyən dəyişikliklərin olduğunu görə bilərik. Çünki bir neçə il bundan əvvələ qədər müsəlman qadınının inkişafı, hüquqları arxa planda qalırdı. Qadınların inkişafı üçün şərait yaradılmalıdır ki, onlar istədikləri kimi ola bilsinlər".

Rohie Bittaye Dorbec ölkəmiz haqqında təəssüratlarını da dilə gətirib: "İlk dəfədir ki, Azərbaycana gəlirəm. Çox gözəl şəhəriniz var. Qonaqpərvərliyiniz yüksək səviyyədədir".

Bütün xəbərlər Facebook səhifəmizdə