Ağ şəhər Bulvarının istifadəyə verilməsinə az qaldı Açıqlama

Ağ şəhər Bulvarının istifadəyə verilməsinə az qaldı Açıqlama

"Ağ şəhər Bulvarının istifadəsi 2015-ci ilin yayına qədər nəzərdə tutulub". Bu sözləri Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov SİA-ya verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, bulvarın uzunluğu 3 kilometr, eni isə 2 kilometrdən artıq olacaq: "Ağ şəhər bulvarı 3 kilometr uzunluğunda Zığ istiqamətində genişləndiriləcək, eni 2 kilometrdən bir qədər artıq 22 dairə istiqamətində olacaq".

Bulvarda istirahət komplekslərinin tikilib-tikilməyəcəyi ilə bağlı məlumatlı olmadıqlarını bildirən rəis müavini, bunu yeni tikilən Ağ şəhər Bulvarının Dənizkənarı Bulvar İdarəsinin nəzdində olmaması ilə əlaqələndirib: "İstirahət komplekslərinin tikilib-tikilməyəcəyi ilə bağlı bizdə hər hansı məlumat yoxdur. O ərazilər rəsmən Bulvar İdarəsinə verilmədiyinə görə, orada nələrin olmağı haqqında məlumatsızıq".

Bütün xəbərlər Facebook səhifəmizdə