Fadila Grine: “Azərbaycan İƏT-ə üzv dövlətlərə ən yaxşı nümunədir”
"Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Qadın məsələləri üzrə məsul Nazirlərinin V Konfransı gender məsələləri ilə bağlı problemlərin həllində mühüm əhəmiyyətə malikdir". Bu sözləri SİA-ya İslam Əməkdaşlıq Təşkilatının Cəddədəki katibliyində Ailə işləri üzrə Departament direktoru Fadila Grine konfransın əhəmiyyətindən danışarkən deyib.
O deyib ki, konfransda İƏT-ə üzv dövlətlərdə qadınların vəziyyəti, şəraiti müzakirə olunacaq.
Onun sözlərinə görə, İƏT-ə üzv dövlətlərin bir çoxunda qadınlarla bağlı problemlərin mövcudluğuna baxmayaraq, Azərbaycanda vəziyyət tamamilə fərqlidir: "Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərə ən yaxşı nümunədir. Azərbaycanda qısa müddətdə çox yaxşı nailiyyətlər əldə olunub. Digər ölkələr Azərbaycanı izləməli, bu sahədə çox şeylər öyrənməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB