Gənclər üçün Təhsil Mərkəzi Aura Park Ticarət və Əyləncə Mərkəzinin dəstəyi ilə 18 oktyabr "Dövlət Müstəqillik Günü" münasibətilə "Müstəqilliyimiz Əbədidir!" adlı uşaq və gənclərin bayram konsertini təşkil edib. Mərkəzdən SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional ofisinin rəhbəri Aygün Həsənzadə bildirib ki, "Bu gün Azərbaycan gəncliyi olaraq müstəqillik kimi ülvi hisləri bizə bəxş edən və bu yolda şəhid olan həmvətənlərimizə borcluyuq. Hər bir gənc azadlıq və müstəqilliyin müqəddəs məsuliyyətini anlamalı, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı, milli-mənəvi dəyərləri qorumalıdır. Eyni zamanda müstəqilliyimizi şərtləndirən amillərin qorunub saxlanılmasında öz töhfələrini əsirgəməməli, vətən qarşısında öz borclarını yerinə yetirməlidirlər".
Tədbirdə həmçinin Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov və Aura Park Ticarət və Əyləncə Mərkəzinin rəsmi nümayəndəsi Orxan Mehdiyev çıxış edərək bayram münasibəti ilə qonaqları təbrik ediblər.
Tədbir daha sonra gənc ifaçıların musiqi və rəqs nömrələri ilə davam edib.
Qeyd edək ki, tədbirdə Gəncə Uşaq Evi, "PENDİK" Elitar Uşaq İnkişaf Mərkəzi, Gəncə və Samux şəhər 3 saylı uşaq bağçalarının şagirdləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB