"2030-cu ilə qədər müvafiq qərarlar qəbul olunmalıdır"

"2030-cu ilə qədər müvafiq qərarlar qəbul olunmalıdır"

"Bakı konfransı 4 qitədən çoxlu sayda nümayəndələrin toplandığı, müxtəlifliyi, dinamizmi ilə fərqlənən və bir sıra ölkələri bir araya gətirərək axtardığımız gender bərabərliyinə rəvac verən bir tədbirdir". SİA-nın xəbərinə görə, bu sözləri BMT Baş katibinin köməkçisi və BMT Qadınlar Təşkilatının icraçı direktorunun müavini Lakshimi Puri Bakıda keçirilən "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında Qadınların rolu" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu konfrans gender problemləri ilə bağlı bir sıra məsələlərin həllində mühüm rol oynayacaq: "Qadınlarımızın cəmiyyətdəki töhfəsi iqtisadi inkişafda, ekoloji davamlılıqda və digər proseslərdə özünü göstərir. Bugünkü konfransda Pekin Platformasını bir daha nəzərdən keçirəcək, minilliyin inkişaf Proqramına dair bir sıra məsələlər müzakirə ediləcək. 2030-cu ilə qədər müvafiq qərarlar qəbul olunmalıdır".

O həmçinin bildirib ki, bundan əvvəl qəbul olunan Cakarta bəyannaməsi qadınların iqtisadi gücünün möhkəmləndirilməsini nəzərdə tutur: "Çox təəssüf ki, bəzi ölkələrdə qadın və uşaqlara qarşı zorakılıq növləri, hüquqların pozulması hələ də davam edir. Lakin Azərbaycanda bu sahədə qətiyyətli addımlar atılıb. Amma digər ölkələrlə bağlı İƏT ölkələri bir araya gəlməli, qərar qəbul etməlidir. Qadınların hüquqları ilə bağlı problemlərlə mübarizə aparılmalıdır. İƏT ölkələri gender bərabərliyi sahəsində qətiyyətli mövqe nümayiş etdirir. Müsəlman dünyasında qadınlar yeni çətinliklərlə üzləşir. İslam tarixən qadınların statusunu qaldırıb".

Daha sonra çıxış edən UNFPA-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Heimo Lakkonen konfransın yüksək səviyyədə təşkilinə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib: "Konfrans məhz Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyi nəticəsində ərsəyə gəlib".

Konfransın əhəmiyyərindən danışan Lakkonen bildirib ki, toplantı gender bərabərliyi ilə bağlı məsələlərin müzakirəsi və həllində geniş imkanlara malikdir: "Qadın hüquqları insan hüquqlarının inkişafında mühüm yer tutur. Növbəti nəslin sağlam böyüməsinə səbəb olur. UNFPA 10 ildir ki, İƏT-lə birgə işləyir. UNFPA doğum zamanı ana ölümləri hallarının qarşısının alınması, şərəf və ləyaqətlərinin qorunması, qadınların maarifləndirilməsi sahəsində bir çox işlər görülüb. Qadınların sağlamlığı, məşğulluğu, təhlükəsizliyi ən öndə duran məsələlərdəndir. Biz qadınlarla bağlı görülən işlərimizi 2015-ci ildə də davam etdirəcəyik. Düşünürəm k, bugünkü konfrans qlobal asayişin qorunmasına töhvə verəcək. Son illər Azərbaycanla İƏT-in münasibətləri yeni mərhələyə qədəm qoyub. Bakı konfransı bu münasibətlərin daha da inkişaf etməsinə bir vasitə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə