İƏT baş katibinin müavini: " Bakı Konfransı mühüm rola malik olacaq"
"İslam dini qadınların hüquqlarını müdafiə edir. Cəmiyyətdə qadınlar bütün sahələrdə iştirak edir və töhfə verir". SİA-nın xəbərinə görə, bu sözləri İƏT Baş katibininin müavini Muhammad Naim Xan Bakıda "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bir çox ölkələrdə qadınlar dövlət işlərində aktiv iştirak edirlər: "Amma elə ölkələr var ki, orada qadınların rolu qəbul olunmur. Onların üzləşdiyi çətinliklər müəyyən sosial problemləri də özü ilə gətirir. Biz işlərimizi gələcəyə yönəlik qurmalıyıq. Növbəti planımız qadınların statusunun qəbul olunmasına nail olmaqla bağlıdır. Proqramları qəbul edərkən bütün inkişaf mərhələlərində qadınların rolu nəzərə alınmalıdır. Ailə dəyərləri islam cəmiyyətində katalizator rolunu oynaya bilər. Qadınların cəmiyyətin inkişafında mühüm rol oynamasına birlikdə nail olmalıyıq. Bu məqsədlə düşünürəm ki, Bakı konfransı mühüm rola malik olacaq. Bir sıra məsələlər öz həllini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB