Səfir: "Qadınların cəmiyyətdə rolunun gücləndirilməsində hələ də bariyerlər var"

Səfir: "Qadınların cəmiyyətdə rolunun gücləndirilməsində hələ də bariyerlər var"

"Bakı konfransı qadınların hüquqlarının qorunması, cəmiyyətdə iştirakının genişləndirilməsi sahəsində görüləcək işlərə öz töhfəsini verəcək". SİA-nın xəbərinə görə, bu sözləri İndoneziyanın Azərbaycandakı səfiri Radon Prayono Atiyanto Bakıda keçirilən "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.

Səfir qeyd edib ki, qadınların cəmiyyətdə rolunun gücləndirilməsində hələ də müxtəlif bariyerlər var: "Bunun qarşısının alınması məsələsi gücləndirilməli və bu məsələlər gələcəkdə qəbul olunacaq proqramda öz əksini tapmalıdır. Qadınların ictimai-siyasi həyatda rolunun artırılması da çox vacib məsələdir. Çünki qadınların siyasi partiyalarda iştirakı, ölkələrin siyasi həyatında öz fəallığını artırması sahəsində bir sıra maneələr mövcuddur. Qadının iqtisadi azadlığı, gender məsələsi bəzi ölkələrdə hələ də problem olaraq qalır. Bu konfransın məqsədi də qadınların üzləşdiyi problemlərin qarşısının alınmasında səylərimizi birləşdirməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə