Bakıda nazirlərin V konfransı öz işinə başlayıb

Bakıda nazirlərin V konfransı öz işinə başlayıb

Bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatının Qadın məsələləri üzrə məsul Nazirlərinin V Konfransı öz işinə başlayır. SİA-nın xəbərinə görə, cari ilin iyun ayında İƏT müvafiq tədbirin keçirilməsinə dair imzalanmış qarşılıqlı razılaşmaya əsasən Səudiyyə Ərəbistan, İran, Niger, Küveyt, Liviya, Qazaxıstan, Qatar, Oman, İraq, Pakistan, Misir və digər ölkələrdən nazirlər və ekspertlər, 10 beynəlxalq təşkilatın -UNİCEF, Beynəlxalq Miqrasiya Təşkilatı, Dünya Bankı və digərləri, ümumilikdə isə 220-dən artıq nümayəndə iştirak edir.

Konfrans çərçivəsində Qadın məsələləri üzrə məsul nazirlərin üzv ölkələrdə qadınların statusu ilə bağlı sənəd imzalaması və "Bakı Bəyənnaməsinin" qəbul edilməsi, həmçinin İordaniya Haşimilər Krallığı və Malayziyanın müvafiq Nazirlikləri ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında qarşılıqlı Anlaşma memorandumlarının imzalanması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə