Ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma məhkəmə işinin vaxtı dəqiqləşib. Azərbaycan girovların məhkəməsi oktyabrın 27-də Xankəndi məhkəməsində olacaq.
"Məhkəmə" prosesinə "hakim" Anatoli Tadevosyan sədrlik edəcək.
Ermənilərin diversant adlandırdığı həmvətənlərimiz "casusluq" və digər maddələrlə ittiham olunurlar.
Xatırladaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov bu ilin 29 iyun tarixində yaxınlarının qəbrini ziyarət etmək üçün doğma kəndlərinə - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüb.
Daha sonra ermənilər tərəfindən öldürülən Həsən Həsənovun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB