Astaralı gənclər nikahlarını Heydər Əliyev Mərkəzində rəsmiləşdirdilər
Astaralı gənclər Ceyhun Rəsulov və Sevil Paşayeva 18 oktyabr - Dövlət Müstəqilliyi Günündə ikiqat bayram sevinci yaşadılar. Yeni ailə həyatı quran bu gənclər həmin gün nikah aktına Astara şəhərindəki Heydər Əliyev Mərkəzində imza atdılar.
Bəy və gəlin əvvəlcə Ümummilli Liderin Mərkəzdəki büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər, dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış oldular.
Rayon rəsmilərinin, Mərkəzin işçilərinin, yeni ailə həyatı quran gənclərin doğmalarının iştirak etdikləri nikah mərasimində çıxış edən rayon
qeydiyyat şöbəsinin aparıcı məsləhətçisi İbrahim Həbibov, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova və başqaları bəylə gəlini əlamətdar gün münasibətilə təbrik etdilər.
Ailə həyatı quran gənclər Azərbaycanın Dövlət Müstəqilliyi Günündə nikah mərasimlərinin Ümummilli Liderin adını daşıyan Mərkəzdə keçirilməsindən qürur duyduqlarını vurğulayaraq, onlara bu xoşbəxtliyi bəxş edən müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətlərini yüksək qiymətləndirdilər. Onlar ölkə əhalisinin firavanlığını təmin edən, gənclərə daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Mərasimin sonunda bəylə gəlinə nikah şəhadətnaməsi təqdim olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB