Brüsseldə fəaliyyət göstərən "Sərhədsiz insan hüquqları" (HRWF) beynəlxalq təşkilatının 80 səhifəlik tədqiqatının nəticələrinə görə, Azərbaycan tolerantlıq modelidir. Bu barədə Avropanın nüfuzlu "Europerter" nəşri yazır (http://www.eureporter.co/magazine/2014/10/16/new-study-says-azerbaijan-is-a-model-of-tolerance/).
Tədqiqat müəllifləri qeyd edirlər ki, müxtəlif hesablamalara görə, Azərbaycanda 60-80 etnik qrup yaşasa da, onların arasında heç bir narazılıq yoxdur. HRWF əməkdaşları Azərbaycanda yaşayan 15 əsas etnik qrupun nümayəndələri arasında sorğu aparıblar. Onların hamısı cavab verib ki, ölkədə hər hansı millətlərarası ziddiyyət yoxdur.
Etnik mozaikaya bənzəyən Azərbaycan Şimali Qafqazdakı kimi münaqişələr zonasına çevrilə bilərdi. Lakin bu ölkədə münaqişələr yoxdur. Bütün etnik qruplar, hətta krızlar, xınalıqlılar və buduxlar kimi azsaylı etnik qruplar sülh şəraitində yaşayır.
HRWF ləzgilərə, talışlara, tat, avar və dağ yəhudilərinə münasibətdə ayrı-seçkiliyin olmadığını vurğulayır. Məruzəyə görə, ölkəmizdə yaşayan azsaylı xalqların hamısı Azərbaycan cəmiyyətinin tərkib hissəsidir.
Tədqiqat müəllifi Villi Fotre yazır ki, Azərbaycanın zəngin təcrübəsinə müraciət etməklə, ondan çox şey öyrənmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB