Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində dövlət müstəqilliyimizin bərpasının 23-cü ildönümünə həsr olunan "Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir" mövzusunda tədbirdə XX əsrin sonlarında keçmiş Sovet İttifaqında suverenlik uğrunda aparılan mübarizələrdən, Azərbaycanı azadlığa aparan çətin yoldan bəhs edilib.
Toplantıda çıxış edənlər 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin qəbul etdiyi "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını mühüm tarixi hadisə adlandırıb, müstəqilliyin ilk illərində ölkədə baş verən ictimai-siyasi hadisələrdən, müstəqilliyimizin qorunmasında və onun daha da möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıblar.
Tədbirdə Azərbaycan Respublikasının müasir inkişafından da ətraflı bəhs edilib. Bildirilib ki, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkədə bütün sahələrdə daha böyük uğurlar qazanılıb, dinamik inkişafa nail olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB