MasterCard və Zwipe kompaniyalarının dünyada ilk dəfə barmaq izlərini tanıyan təmassız plastik kart istehsal etdikləri barədə məlumat yayılıb.
BBC telekanalı xəbər verir ki, bu kartlar Norveç bankı "Sparebanken DIN" tərəfindən uğurla sınaqdan keçirilib. Biometrik məlumatların yerləşdirildiyi kartların müştərinin təhlükəsizliyinin təmin olunması istiqamətində ən uğurlu vasitə olacağı gözlənilir. Burada ilk dəfə olaraq şəxsiyyətin biometrik müəyyən olunması məlumatların təmassız ötürülməsinin təhlükəsizlik protokolu ilə eyniləşdirilib. Barmaq izləri haqda parametrlər kənar məlumat bazasında deyil, plastik kartın özündə saxlanılır.
Sadə skaner qurğusu vasitəsi ilə aktivləşən Zwipe MasterCard daha sonra təmassız ödəmə zamanı istifadə oluna bilər.
Zwipe kompaniyası standart plastik kart ölçüsündə, lakin bütün ödəniş terminallarına hesablanmış növbəti nəsil kartlar üzərində işlərə başlayıb. Kartların müştərilərə 2015-ci ildən təqdim olunacağı gözlənilir. Kompaniya plastik karta heç bir batareya quraşdırılmayacağını, onun lazım olan enerjini terminallardan götürəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB