Müdrik daxili və xarici siyasət Azərbaycanı uğurlu gələcəyə aparır
Dövlət Müstəqilliyi Günü Ağdaş rayonunda silsilə tədbirlərlə qeyd edilib. Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, hüquq mühafizə orqanlarının əməkdaşları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyublar. Sonra rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev parkında gəzintiyə çıxıblar.
Həmçinin Ağdaş Rayon İcra Hakimiyyətində, Yeni Azərbaycan Partiyası rayon təşkilatında, rayon təhsil şöbəsində, Ağdaş Dövlət Humanitar Kollecində dövlət müstəqilliyimizin bərpasının 23-cü ildönümünə həsr olunan tədbirlər keçirilib, rayon mərkəzi kitabxanasında "dəyirmi masa" təşkil olunub. Eyni zamanda, orta ümumtəhsil məktəblərində ilk dərslər Dövlət Müstəqilliyi Gününə həsr edilib.
Tədbirlərdə çıxış edənlər 23 il bundan əvvəl öz müstəqilliyini qazanan Azərbaycan dövlətinin həmin dövrdə bir sıra çətinliklərlə üz-üzə qalmasından, eləcə də özbaşınalığın, xaos və anarxiyanın hökm sürməsindən, torpaqların 20 faizinin işğal edilməsindən, 1 milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin düşməsindən danışıblar.
İdarə və təşkilatlarda çalışan gənclərə, eləcə də tələbə və şagirdlərə məlumat verilib ki, yalnız dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyi qorunub saxlanılıb və möhkəmlənib. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət Azərbaycanı uğurlu gələcəyə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB