Bu ilin ilk 8 ayında Azərbaycanda 112 min körpə dünyaya göz açıb. Onların 53,6 faizi oğlanlar, 46,4 faizi isə qızlardır. Əhalinin hər 1000 nəfərinə düşən doğum səviyyəsi ötən ilin müvafiq dövründəki ilə eyni (17,8 uşaq) olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, körpələrdən 1986-sı əkiz, 45-i isə üçəm doğulub. Yeni doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün isə 76,8 yaş ömür uzunluğu proqnozlaşdırılır.
Ölkə üzrə qadınların hər birinə bütün ömür boyu orta hesabla 2,2 uşaq düşür.
Yanvar-avqust aylarında ölkədə 37,3 min ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən ölüm əmsalı da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməz qalıb (5,9 nəfər).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB