Məlahət İbrahimqızı: “İctimai nəqliyyat vasitələri bu gün çirkli vəziyyətdə saxlanılır”
"Bu gün Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır. Azərbaycana çox sayda ictimai nəqliyyat vasitələri gətirilib. Təəssüf ki, bu gün həmin ictimai nəqliyyat vasitələrindən istifadə edən sürücülərimiz buna uyğunlaşmır". Bunu millət vəkili Məlahət İbrahimqızı "Yol hərəkəti haqqında" qanuna dəyişikliklər müzakirə olunan zaman çıxışında deyib.
"Belə ki, digər ölkələrin sürücüləri üçün xüsusi formalar var. Bizdə isə sürücü adi geyimdədir. Həmçinin, ictimai nəqliyyat vasitələri bu gün çirkli vəziyyətdə saxlanılır. Bu gün həm də sürücülər insanın üstünə şığıyır ki, maşın lazımdırmı? Sözsüz ki, biz azərbaycanlıyıq və bunu anlayışla qarşılayırıq. Ancaq çox istərdik ki, buna da bir diqqət yetirilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB