Yardımlıda yeni yol istifadəyə verilib

Yardımlıda yeni yol istifadəyə verilib

Ucqar dağ rayonu olan Yardımlıda 1000 nəfərin yaşadığı daha bir kəndin yolu abad edilərək istifadəyə verilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Yardımlı rayonu dağlıq relyefdə yerləşdiyindən bu ərazidə olan kəndlərin əksəriyyəti keçilməz yollarla əhatələnib. Belə kəndlərdən biri də rayondan 13 km aralıda yerləşən Perimbel kəndidir. Uzun illər yolun bərpad vəziyyətdə olması sakinlərin payız-qış aylarında rayon mərkəzinə gediş-gəlişində çətinliklər yaradıb. İllərdir keçilməz yollardan istifadə edən sakinlərin yol problemi nəhayət ki, öz həllini tapıb. Belə ki, Regionların Sosial İqdisadi İnkişafı Dövlət Proqramı çərçivəsində 1000 nəfər sakini olan kəndin əsas yoluna asvalt çəkilərək istifadəyə verilib.

Açılış mərasimində kənd sakinləri, rayon icra hakimiyyətinin əməkdaşları iştirak edib. Mərasimdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov əlamətdar gün münasibətilə kənd sakinlərini təbrik edib. Son illər rayon mərkəzi ilə yanaşı kənd yollarının da bərpasını prezident İlham Əliyevin ən ucqar yaşayış məntəqələrində yaşayan sakinlərə göstərilən diqqət və qayğının bariz nümünəsi kimi qiymətləndirib. Bundan başqa kəndin digər sosial problemlərinin də mərhələli şəkildə həll olunacağı diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, yolun bərbad olması nəticəsində mənzil başına saatlarla yubanaraq çata bilirdilər. Lakin yolun yenidən yüksək səviyyədə bərpasından sonra 15 dəqiqəyə kəndə getmək mümkündür.

Umumi uzunluğu 2,3km. eni 5m. olan yolda bütün yol nişanları da qurulub. Bundan başqa yolun uzunömürlü olması üçün 2 yerdə suötürücü kanallar çəkilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə