Bu gün parlamentin plenar iclasında Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub. SİA-nın xəbərinə görə, dəyişiklik barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Onun sözlərinə görə, məcəllənin 15-ci maddəsinə müəyyən dəyişikliklər edilib. Belə ki, xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilələr bağlanmış olduğu halda, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycana vizasız gələ bilərlər. Bu dəyişiklik I Avropa Oyunlarına gələcək şəxslərin Azərbaycana daxilolma qaydalarının sadələşdirilməsi məqsədi ilə edilir.
Müzakirələrin sonunda mövcud dəyişiklik səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB