Bu gün Qarabağ döyüşlərinin qəhrəmanı İbad Hüseynlinin ad gününə həsr edilən tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə "Atilla" jurnalı və H. Zərdabi Mətbuat Mərkəzi İctimai Birliyinin "Qəhrəmanlıq mövzusu Azərbaycan Kütləvi İnformasiya Vasitələrində" adlı layihəsinin təqdimatı da keçirilib. Çıxış edən Beynəlxalq Mətbuat Mərkəzinin rəhbəri Rəhim Hüseynzadə layihənin əhəmiyyəti haqqında danışıb. O, qeyd edib ki, ölkəmiz vətənpərvərlik məsələsinə ciddi diqqət yetirir. Azərbaycan igid övladları ilə qürur duymalıdır. Yaxın tarixə nəzər salsaq Mübariz İbrahimovun şücaəti buna misal ola bilər.
Vətənpərvərliyin aşılanmasında böyük rol oynayan jurnalistlərə səslənən ictimai birliyinin rəhbəri qeyd etdi ki, jurnalistlər daima vətənpərvərlik proqramlarını gündəmdə tutmalıdır.
Çıxışdan sonra İbad Hüseynli haqqında çəkilmiş qısametrajlı film nümayiş etdirilib. Filmin nümayişindən sonra isə, tədbir iştirakçıları İbad Hüseynlinin keçdiyi qürurlu yoldan danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB