"Hər hansı çıxışımın Milli Məclisin vitse-spikeri tərəfindən populist adlandırılmasını düzgün saymıram. Biz bir-birimizə hörmətlə yanaşmalıyıq". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında millət vəkili Sabir Rüstəmxanlı deyib.
O, bu gün Azərbaycanda mənzil tikintisi və satışı prosesində dələduzluqla məşğul olanların əksəriyyətinin məhz hüquqi şəxslər olduğunu xatırladıb: "Vətəndaşların başına oyun açılmasını istəmirəm. Biz burada ancaq bir-birimizi boş yerə ittiham edirik. Burada təkliflər veririk, ancaq təkliflərin heç biri illərdir ki, komitələrdə müzakirəyə çıxarılmır".
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə S. Rüstəmxanlıya belə cavab verib: "Mən iqtidar nümayəndəsiyəm, nə etməliyəm? Əlbəttə ki, cavab verməliyəm. Siz deyirsiniz ki, vətəndaşların başına oyun açırsınız? Nə edirik? Tutaq ki, fiziki şəxs 5-10 nəfəri Türkiyəyə yığıb aparır, sabah o insanların taleyi necə olacaq? Bu insanlar sonradan ölkəyə qayıdanda elə millət vəkillərinin də yanına gəlirlər ki, pensiya ala bilmirik. Hüquqi şəxslərə gəlincə, düz deyirsiniz, hüquqi şəxslər mənzillərlə bağlı dələduzluq edirlər. Ancaq onun ünvanı olur, hüquq-mühafizə orqanları onları məsuliyyətə cəlb edə bilir. Fiziki şəxs isə sabah Rusiyada olur, biri gün Belarusa qaçır. Azərbaycana gələn insanların da hamısı səmimi məqsədlərlə gəlmir. Biz qanunvericilikdə bu halları da nəzərə alırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB