Müstəqillik günü ilə əlaqədar maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şəki Regional Mərkəzinin əməkdaşları qarşıdan gələn 18 oktyabr-Dövlət Müstəqilliyi Günü ilə əlaqədar olaraq, Mingəçevir şəhərində, Zaqatala rayonunun Aşağı Tala və Balakənin Katex kəndlərində dövlət və yerli özünüidarəetmə orqanları əməkdaşlarının, həmçinin yerli sakinlərin iştirakı ilə hüquqi maarifləndirmə tədbirləri həyata keçiriblər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, həmin tədbirlərdə regional mərkəzin rəhbəri Pərviz Məmmədov qeyd etmişdir ki, dərin köklərə malik dövlətçiliyimizdə mühüm yer tutan 18 oktyabr günü Azərbaycanın tarix salnaməsinə xalqımızın milli azadlığını, müstəqilliyini əldə etdiyi möhtəşəm hadisə kimi daxil olaraq, sürətli iqtisadi yüksəlişin, insan hüquqlarının müdafiəsi və təmini sahəsində inkişafın, respublikamızın dünyaya inteqrasiyasında mühüm dövrün başlanğıcı olub.
Respublikamızın öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra digər sahələrlə yanaşı, ölkənin hüquq sistemində də ardıcıl islahatların aparıldığı bildirilib, bu islahatların insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinin təminində xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Ölkəmizdə beynəlxalq hüquq normalarına, qanunun aliliyinə əməl edilməsinin mühüm prioritetlərdən olduğu, respublikamızın 250-dən çox beynəlxalq konvensiyaya qoşulduğu bildirilib.
Həmçinin Ombudsmanın insan hüquq və azadlıqlaının müdafiəsi sahəsində səlahiyyətləri və fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.
Ölkəmizdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Proqramının (MFP) uğurla tətbiq olunduğu, Ombudsmanın respublikanın bütün regionlarını əhatə etməklə hər bir rayonda ictimai dinləmələr keçirdiyi diqqətə çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB