Asəf Hacıyev: "Xaricə ezamiyyətə gedən vətəndaşlarımız vergilərdən azad edilsin" təklif

Asəf Hacıyev: "Xaricə ezamiyyətə gedən vətəndaşlarımız vergilərdən azad edilsin" təklif

"Dövlət qurumları tərəfindən uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıdarkən gömrük rüsumlarından və vergilərdən azad olunması təklif olunur". SİA-nın xəbərinə görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Asəf Hacıyev çıxış edib.

A. Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının xətti ilə uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azərbaycan vətəndaşları həmin ölkələrdə daşınan əmlaka sahib olurlar: "Geri dönəndə isə həmin əmlak ya köhnəlir, ya da orada satılmır, bir çox hallarda isə həmin mallar Azərbaycana gətirilir. Azərbaycana gələndə isə gömrük rüsumlarının tətbiqi vətəndaşlar üçün çətinliklər törədir. Bu səbəbdən həmin vətəndaşları gömrük rüsumlarından azad etmək üçün Gömrük Məcəlləsinə müvafiq dəyişiklərin edilməsini təklif edirəm. Düşünmürəm ki, bu dövlət büdcəsinə böyük ziyan vura bilər, ancaq bu dəyişikliyi etməklə vətəndaşlarımıza böyük köməklik göstərmiş olarıq".

Bütün xəbərlər Facebook səhifəmizdə