Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dəvəti ilə Türkiyə Respublikasının Sahil Mühafizəsi Komandanlığının rəisi, vitse-admiral Hakan Üstemin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki, xidmətin aparatında Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşdə dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi ilə Türkiyə Sahil Mühafizəsi Komandanlığı arasında ikitərəfli münasibətlərin vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin sərhəd təhlükəsizliyi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin DSX Sahil Mühafizəsinin bazası, sərhəd gözətçi gəmiləri, digər qüvvə və vasitələri ilə tanışlığı nəzərdə tutulub.

Qonaqlar Bakının görməli yerləri ilə də tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə