Yevlaxda YAP Qadınlar Şurasının zona müşavirəsi keçirildi FOTOLAR
Bu gün Yevlax şəhərində Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının regional müşavirəsi keçirib. SİA-nın verdiyi məlumata görə, Yevlax şəhərində Heydər Əliyev Sarayında keçirilən tədbirdə Yevlax və Mingəçevir şəhərlərinin, Goranboy, Bərdə, Tərtər, Ağcabədi, Laçın, Xocalı, Ağdam rayonlarının nümayəndələrindən ibarət 410 nəfər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri qoyublar. Sonra tədbir Heydər Əliyev Sarayında davam etdirilib.

Tədbiri giriş sözü ilə YAP Yevlax rayon təşkilatının Qadınlar Şurasının sədri Əminə Əhmədova açaraq ilk növbədə qonaqları salamlayıb. Bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Qarabağ zonası üzrə regional müşavirəsi keçirilir. Müşavirədə Yeni Azərbaycan Partiyası İdarə Heyyətinin üzvü, Qadınlar Şurasının sədri Nurlana Əliyeva, millət vəkilləri Sədaqət Vəliyeva və YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov iştirak edirlər.
Giriş nitqi ilə çıxış edən Əminə Əhmədova bildirib ki, YAP cəmiyyətimizin siyasi avanqardı, ölkənin ən nüfuzlu, ən qüdrətli siyasi qüvvəsidir: "Fəxrlə vurğulamağa dəyər ki, bu gün möhtəşəm YAP ordusunun çox böyük faizini qadınlar təşkil edir. Onları Heydər Əliyevin müəllifi olduğu partiyasının sıralarına öz əqidələri, müstəqil dövlətimizi möhkəmləndirməkdə, sosial yönümlü siyasət yeritməkdə ona köməkçi olmaq istəkləri gətirmişdir. Bu gün rayonumuzda YAP sıralarında 8106 nəfər birləşir ki, onların 4225 nəfərini qadınlar təşkil edir. Vurğulamaq istərdim, bu qadınlardan 1107 nəfəri məhz gənclərdir. YAP Yevlax rayon təşkilatının Qadınlar Şurası olaraq biz tez-tez ən müxtəlif forma və məzmunlu tədbirlərə, dəyirmi masalara, forumlara, treninqlərə, dialoqlara ev sahibliyi etmişik, qadınların maariflənməsinə, cəmiyyətdə öz sözünü daha qətiyyətlə söyləməsinə, hüquqlarını qanunlar çərçivəsində müdafiə etməsinə imkan yaratmışıq. Uğurlarımız çoxçalarlı və çoxşaxəlidir. Amma bu bizi arxayınlaşdırmır. Çünki dövlət başçısının imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası əldə edilmiş uğurlarla yanaşı, necə deyərlər, bu kontekstdə qarşımızda yeni-yeni strateji əhəmiyyətli hədəflər açır. Başlıca qayəmiz doğma Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri sırasında görməkdir".
Sonra cixiş edən YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov qadının ictimai həyatda rolundan, onlarin olkəmizin ictimai-siyasi həyatına verdikləri töhvələrdən danışaraq qadınları cəmiyyətin ən aparıcı qüvvəsi kimi səciyyələndirib: "Azərbaycan qadını doğma yurdun əmin-amanlığı, inkişafı, gündən-günə çiçəklənməsi və öz övladlarının, ailəsinin xoşbəxtliyi naminə dövlətimizin, onun rəhbərinin yürütdüyü daxili və xarici siyasətə yüksək dəyər və önəm verir".

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva qadınların ölkənin siyasi sektorunda özünəməxsus mövqeyindən geniş söz açıb. Natiq qeyd edib ki, müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini gender bərabərliyi təşkil edir: "Azərbaycanın gender məsələləri ilə bağlı dövlət siyasəti də qadınların bərabər imkanlarının gerçəkləşməsinə yönəlmişdir. Məhz bu siyasətin nəticəsində ölkədə qadınlar daha çox yüksək vəzifələrə təyin edilir, onlara xüsusən, təhsil sahəsində böyük kollektivlər etibar olunur, idarəetmədə daha çox humanist və dəqiq olmaları nəzərə alınaraq vacib struktur və qurumlara rəhbər təyin olunurlar. Onu da qeyd etməliyəm ki, bu qadınların əksəri ölkənin yeganə hakim partiyası olan YAP-ın üzvləridir".

Sonra millət vəkili Sədaqət Vəliyeva cıxış edib. O qeyd edib ki, müasirimiz olan Azərbaycan qadını xoşbəxtdir, çünki ona özünü təsdiq etmək, seçib-seçilmək, övladlarının səadəti, doğma yurdun İntibahı naminə fəaliyyət göstərmək, çalışmaq üçün bərabər imkanlar və bərabər hüquqlar verilmişdir".

Çıxış edən YAP Qadınlar Şurasının digər şəhər və rayon təşkilatlarının sədirləri Azərbaycan qadının məğrurluğundan, vətənpərvərliyindən danışaraq qadınlarımızı qarşıdan gələn bələdiyyə seçkilərində fəallıq göstərərək özlərini əməli işləri ilə bir daha sübüt etməyə çağirıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB