M.Y.Lermontovun əsərinin XIX əsrdə edilən tərcüməsi tapılıb

M.Y.Lermontovun əsərinin XIX əsrdə edilən tərcüməsi tapılıb

Məşhur rus yazıçısı Mixail Yuryeviç Lermontovun 200 illik yubileyi ərəfəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov şairin "Zəmanəmizin qəhrəmanı" romanının XIX əsrdə Bina Əli bəy Qazi Arif Əfəndizadənin etdiyi tərcüməni üzə çıxararaq tədqiqata cəlb edib.

1900-cü ildə tamamlanan, 523 səhifədən ibarət tərcümə "Bizim vaxtın pəhləvanı hekayələrindən" adlanır. Burada "Maksim Maksimıç", "Peçorinin dəftərindən", "Fatalist" hekayələri öz adı ilə getmişsə də, "Bela" hekayəsi "Ziba xanım", "Knyajna Nuri" hekayəsi "Meri xanım" adı ilə getmişdir.

Əsər XIX əsr Azərbaycan tərcümə ədəbiyyatının öyrənilməsi baxımından böyük maraq kəsb edir. Romanın tərcüməsindən bir hissə mətbuata təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə