Bu gün Bakı Ali Neft Məktəbində "Tələbələrin Təhlükəsizliyi Diqqət Mərkəzində" adlı təlim kursu keçirilib. SİA-nın məlumatına görə, təlim kursu Bakı Ali Neft Məktəbi, Fövqəladə Hallar Nazirliyi, Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutub. Nəzəri və praktik olmaqla iki hissədən ibarət olan tədbir BANM-ın rəhbər və işçi heyəti başda olmaqla, FHN Bakı Regional Mərkəzinin əməkdaşları və rəhbər heyəti, Nazirliyin digər 7 qurumu, Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları, media nümayəndələri və tələbələrin iştirakı ilə keçirilib.
Nəzəri hissəni giriş nitqi ilə açan BANM-ın rektoru Elmar Qasımov bildirib ki, keçirilən təlim kursları tələbələrə fövqəladə hallar zamanı davranış qaydalarını aşılayacaq.
Daha sonra FHN-nin Bakı Regional Mərkəzinin əməkdaşları hazırladıqları təqdimatlarla çıxış edərək, tədbir iştirakçılarına baş verə biləcək bir sıra fövqəladə hadisələrin qarşısının alınması və ya ağır nəticələrin aradan qaldırılması istiqamətində məlumat veriblər.
Təlim kursunun praktiki hissəsində isə fövqəladə hallar zamanı FHN-nin xilasediciləri tərəfindən istifadə olunan xüsusi texnika və avadanlıqlar cəlb olunmaqla, taktiki –xüsusi təlim həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB